Polisdən əməliyyat keçirdi - Silahlı şəxs saxlanıldı

13:41 / 17.07.2020
1025

Bakıda silahlı şəxs yaxalanıb.

HİT.Az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında rayon ərazisində əməliyyat keçirib. Əməliyyat zamanı bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Elton Məmmədov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan içərisində 5 ədəd 9 mm-lik patron olan "Makarov" tipli tapança aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

0