"Mahnımı oxuyub, məni adam yerinə qoymadı"

MAQAZİN
22:36 / 11.06.2026
44

"Mahnımı oxuyub, məni adam yerinə qoymadı"

"Xanım müğənni mahnımı pis ifa etməyib. Bəyəndim. Bəstəkarı, söz yazarını tanımırsan. Amma ifaçını görüb tanıyırsan. Heç olmasa məni işarələ".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "Gün ortası" proqramında deyib. Sənətçi mahnısını oxuyan ifaçılardan söz açıb:

"Bizim öz müğənnilərimizdən biri oxudu və məni adam yerinə qoymadı. Nə məni, nə Vaqif Gərayzadəni. Oxumasın deyə bilmərəm. Sevib oxuyublar. "Bahar çiçəyi", "De hardasan", "Yaşananlar", "Son qərar" - hamısını oxuyurlar, Gövhər Həsənzadə mənə link atır, alqışlayırasm. Nəyə etiraz edə bilərəm ki? İşin içində azca qısqanclıq var. Hamı öz adını, özünə yaraşanı təqdim edir".
 

0