Nazirdən Qubadlıyla bağlı paylaşım - FOTO

11:23 / 31.08.2020
763

Xarici İşlər naziri Ceyhun Bayramov öz tvitter mikrobloqunda Qubadlının işğalının 27-ci ili ilə bağlı paylaşım edib.

HİT.Az xəbər verir ki, nazir qeyd edib:

“Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib.

Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!”

0