Dotasiyaya möhtac olan rayonlar - Onların sayı azaldılacaq

İQTİSADİYYAT
19:05 / 19.05.2020
1449

Hər bir rayonun inkişafıböyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır. Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni təyinolunan başçısını videoformatda qəbul edən Prezident İlham Əliyev bildirib ki,bütün rayonlar dotasiya sistemindən çıxmalıdır.

"Bu istiqamətdə böyük işlərgörülüb. Əvvəllər bütün rayonlarımız dotasiya ilə dolanırdı, dotasiyasız öztələbatını ödəyə bilmirdi”, - deyən dövlət başçısı indi bir çox rayonların özləri-özlərinitəmin etdiyini və bu prosesin davam etdirilməli olduğunu söyləyib. Dövlət başçısının qarşıyaqoyduğu hədəf ondan ibarətdir ki, dotasiyadan çıxan rayonların sayı artmalıdır.

Sfera.az xatırladır ki, 2020-ciilin dövlət büdcəsində də bu məsələ öz əksini tapıb. Büdcə proqnozuna əsasən, gəlirləriilə yerli xərclərini ödəyə bilən şəhər və rayonların sayında bir qədər artımolmalıdır.

2019-cu ildə 34 şəhər vərayon yerli xərclərini 100 faiz ödəmək imkanına sahib olduğu halda, bu il onlarınsayı 40-a yüksələcək.

2020-ciildə şəhər və rayonlar üzrə 797 milyon manatlıq yerli xarakterli gəlir proqnozlaşdırılır.Bu il yerli gəlirlərdə 58,8 milyon manat və yaxud 8% artım gözlənilir. Yerlixərclərin həcmi isə 850,104 milyon manat təşkil edəcək. Bu məbləğ 2019-cu illəmüqayisədə 7,3 milyon manat və ya 0,9 faiz çoxdur. Yerli xərclərini 100 faizödəyə bilməyən şəhər və rayonlara 52,554 milyon manat dotasiya ayrılacaq. 2020-ciildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmişxərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərintərkibində xüsusi çəkisi 6,2 faiz təşkil edəcək ki, bu da əvvəlki illəmüqayisədə 6,1 faiz bənd azdır.

Azərbaycanda66 şəhər və rayon var. Onlardan 10-nu respublika əhəmiyyətli şəhərdir.Respublika əhəmiyyətli şəhərlərin 9-u (Xankəndi şəhəri nəzərə alınmır) əldəetdiyi gəlirlə yerli xərclərini qarşılamaq imkanına sahibdir. Yerdə qalan 56rayonun 31-nin gəliri xərclərini 100 faiz ödəmək imkanı var. İyirmi beş rayondaəldə edilən gəlirlər yerli xərclərini ödəyə bilmədiyindən dövlət büdcəsindənəlavə vəsait ayrılacaq. Burada bir nüansı qeyd edək ki, gəlirləri yerlixərclərini ödəyə bilməyən 25 rayonun 8-i işğal altında olan rayonlardır. Onlarda nəzərə alınmasa faktiki olaraq 17 rayonun əldə etdiyi gəlirləri yerli xərclərinimaliyyələşdirmək imkanına sahib deyil.

Sonillərdə şəhər və rayonların yerli xərclərini ödəmək imkanlarında artım müşahidəedilir. Bu dinamika özünü 2013-cü ildən sonra daha qabarıq göstərməyə başlayıb.2013-cü ilə qədər Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu əldəetdiyi gəlirlə yerli xərcini qarşılaya bilirdi. Həmin ildən Şirvan şəhəri dəonların sırasına qoşuldu. 2014-cü ildə yerli gəlirləri yerli xərclərini ödəyənşəhər və rayonların sayı 6-ya çatdı. 2015-ci ildə say dəyişmədi, 2016-cı ildə özünümaliyyələşdirə bilən şəhər və rayonların sayı 7-yə yüksəldi. Onların sayı 2017-ciildə 33, 2018-ci ildə 34 oldu. 2019-cu ildə 34 şəhər və rayon dövlətbüdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdıracaq. 2020-ciildə isə Azərbaycanın 40 şəhər və rayonu xərclərini gəlirləri hesabınaödəyəcək. Proqnoza əsasən, Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan,Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağsu, Astara,Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul,Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar,Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkirvə Tovuz rayonları yerli xərclərini tam ödəyə biləcək.

Şəhərvə rayonların yerli gəlirlərinin yerli xərclərini ödəyə bilməsini 2 əsassəbəblə izah etmək olar. Birinci səbəb, 2013-cü ildən rayon və şəhərlərin vergipotensialının artırılması, onların ərazilərində fəaliyyət göstərən vəmərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin dövlətbüdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə ödəyəcəkləri vergi və digərödənişlərin tam məbləğdə (mənfəət vergisi istisna olmaqla) rayon və şəhərlərinyerli gəlirlərinə daxil edilməsi ilə bağlıdır. Bu dəyişiklik regionların inkişafıvə iqtisadi vəziyyəti haqqında real qiymətləndirmə aparmağa imkan verməkləyanaşı, onların mərkəzdən iqtisadi asılılığının tədricən azalmasına imkan verir.

İkincivə ən önəmli səbəb 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlıhökumətin həyata keçirdiyi dövlət proqramları ilə bağlıdır. Əslində, özünümaliyyələşdirə bilən şəhər və rayonların sayının artması regionların inkişafstrategiyasının real nəticəsidir. İndiyə qədər regionların sosial-iqtisadiinkişafı ilə bağlı 3 dövlət proqramı icra edilib. Hazırda 4-cü proqram icramərhələsindədir. Hökumətin regionların inkişafı ilə bağlı həyata keçirdiyiproqram xaraketli tədbirlər regionlarda şəhər, qəsəbə və kəndlərin simasınıköklü şəkildə dəyişib. Proqramlar regionların potensialından daha səmərəliistifadə etməyə kömək edib.

Özünümaliyyələşdirə bilən şəhər və rayonların sayının artması ölkə iqtisadiyyatınıninkişaf gücünün regionlar üzrə də paylanmasının göstəricisidir. Bu amilqarşıdakı illərdə investisiya və innovasiya fəallığının artırılmasına, qabaqcıltexniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadipotensialın gücləndirilməsinə kömək edəcək. Baş verən keyfiyyət dəyişikliklərirayonların təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun olaraq,iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi və səmərəliliyininyüksəldilməsi hesabına rəqabətqabiliyyətliliyinin artırılmasına dəstək verəcək.Regional inkişafın artması rəqabət mühitinin daha da sağlamlaşdıracaq, maliyyə resurslarınavə bazara çıxış imkanlarının asanlaşdıracaq, istehsal, sosial və bazarinfrastrukturunun modernləşdirəcək.

0
Sfera.az