DÜNYA
21:05 / 19.05.2020
829

Daha bir ölkə sərhədlərini açdı

Serbiya iyunun 1-dən etibarən Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya və Monteneqro ilə sərhədləri açacaq.
 
HİT.Az Unikal.org-a istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İvitsa Daçiç həmsərhəd ölkələrin nazirləri ilə videokonfrans zamanı deyib.
 
O bildirib ki, digər həmsərhəd ölkələr olan Yunanıstan, Bolqarıstan, Rumıniya, Sloveniya və Xorvatiya ilə sərhədlər epidemioloji vəziyyət düzəldikcə açılacaq.

Qeyd edək ki, Serbiya koronavirus pandemiyası ilə əlaqədar sərhədləri martın 15-də bağlayıb. Ölkədə bu günədək 10 mindən çox şəxs koronavirusa yoluxub, 231 nəfər ölüb.
0