Amerikanın “Tayms” jurnalı 2020-ci ildə dünyanın ən nüfuzlu 100 insanı siyahısını hazırlayıb.
Yeni reytinq cədvəli 5 kateqoriya bölünüb. Bu kateqoriyalar “Titanlar”, “Novatorlar, “İncəsənət xadimləri”, “Liderlər” və “Kumirlər” olaraq adlandırılıb.
“Liderlər” sırasına ABŞ-ın İnfeksion Xəstəliklər və Allergiya Milli İnstitutunun direktoru Entoni Fauçi, ÜST direktoru Tedros Qebreyesus, ABŞ Prezidenti Donald Tramp və rəqibi Cozef Bayden, ABŞ vitse-prezidentliyinə namizəd Kamalə Harris, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, ABŞ Baş prokuroru Uilyam Barr, Çin lideri Si Szinpin, Almaniya kansleri Angela Merkel, Braziliya Prezidenti Jair Bolsonaru, Hindistan Baş naziri Narendra Modi, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Paris meri Ann İdalqonun adı daxil edilib.
“Titanlar” sırasında “Quql” direktoru Sundara Piçai, Çin epidemioloqu Çjun Nanşan, milyarder Cef Bezos, “Formula 1” çempionu Luis Hemilton və digərlərinin adları yer alıb.