“Daşkəsən artilleriya atəşinə tutulur” - Müdafiə Nazirliyi

SİYASƏT
08:41 / 29.09.2020
891

Ermənistan növbəti provokasiyaya əl atıb.

HİT.Az bildirir ki, bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistan ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.

Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.

0