Erməni xüsusi təyinatlısını dəbilqəsi ilə öldürən gizirimiz - VİDEO

23:14 / 03.02.2021
1215

Azərbaycan Ordusunun giziri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı zabitini öz dəbilqəsi ilə öldürüb.

Söhbət Daşkəsən rayon sakini, Azərbaycan Ordusunun giziri, şəhid Orxan Cəfərlidən gedir. 

O, tək başına yaralı halda düşmənə qarşı döyüşərək onlarla erməni xüsusi təyinatlı hərbçilərini məhv edib və erməni postunu ələ keçirib. Qəfildən qarşısına çıxan Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı zabitini mərmisi bitdiyi üçün başındakı dəqbilqə ilə öldürüb.

"Report"un Qərb mərkəzinin Vətən müharibəsi şəhidi Orxan Cəfərli barədə hazırladığı videoreportajı təqdim edirik.

0