Əlahiddə Ümumqoşun Ordunun Türkiyə təlimindən görüntülər - VİDEO

ÖLKƏ
12:50 / 10.02.2021
469

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən "Qış təlimi-2021"də praktiki fəaliyyətləri icra edirlər.

HİT.Az xəbər verir ki, təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

Azərbaycanın hava desantı qrupları paraşütlərlə təyin olunan təlim rayonuna endirilir.

Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunların maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilir.

0