"Hadrutda 43 gün evin damında gizləndik" - Ermənistana qaytarılan diversant

DÜNYA
19:00 / 26.06.2021
1251

“Hadrutda mühasirədə qaldıq, 43 gün evin damında gizləndik. Yuxarı qalxıb bizi gördülər və əsir götürdülər. Sonra Bakıya apardılar”

HİT.az xəbər verir ki, bunu Ermənistana qaytarılan Erik Xaçatryan deyib. 

“Gündə üç dəfə yemək verirdilər. Həftədə bir dəfə yuyunurduq. Narahat etmirdilər. Hətta dostumla kitab da oxumağa icazə verirdilər”.

Xaçatryan ona ölkəsinə qayıdacağı barədə 12 iyunda məlumat verildiyini və onunla həbsxanada olan bütün ermənilərin Ermənistana qaytarıldığını deyib.

0