Seymur Orucov şəhidlərimiz övladları ilə görüşdü - FOTOLAR

17:09 / 01.09.2021
1074

Yeni tədris ilində Ağstafada orta məktəbə ilk qədəmlərini qoyacaq Vətən müharibəsi şəhidlərimiz Məmmədli Rüfət Vidadi oğlunun, Əmrahov Emin Əvəz oğlunun və Mustafayev Ramiz Bağman oğlunun övladları ilə Rayon İcra Hakimiyyəti başçısının aparatında görüş keçirilib. 

HİT.az xəbər verir ki, Seymur Orucov birincilərə məktəbli çantaları və ləvazimatları hədiyyə edib, onlarla xatirə şəkilləri çəkdirib. 

Qeyd olunub ki, hər bir şəhidimizin yadigarı bizim üçün müqəddəs əmanətdir, onların qayğısız böyüməsi, və firəvan gələcəkləri üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər icra olunur. 

Tədbirdə iştirak edən şəhidlərimizin ailə üzvləri öz növbəsində ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısı üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

0