Bakıda Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət sentyabrın 28-də başa çatacaq.
Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkündür.
Yarışların başa çatmasından dərhal sonra – sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaların sökülməsinə başlanılacaq. Konstruksiyaların sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması ilə əlaqədar məhdudiyyətlər sentyabrın 28-dək davam edəcək.
Məhdudiyyət səbəbindən marşrutları dəyişdirilən avtobuslar isə sentyabrın 27-dən etibarən əvvəlki hərəkət sxemi üzrə fəaliyyət göstərəcəklər.//Operativ Media


