Ata oğlunu “qanuni oğru” titulundan məhrum etdi

DÜNYA
14:46 / 17.11.2021
5156
Kriminal dünyanın öndə gedən simaları bu dəfə Türkiyənin Trabzon şəhərində toplaşıb. 
 
Qaynarinfo xəbər verir ki, bu günlərdə keçirilən "sxodka”da 75 yaşlı gürcü əsilli məşhur "oğru” Amiran Ebralidzenin (Amiran Lançxutski) oğlu David Ebralidze (Dato Lançxutski) müzakirə mövzusu olub.
 
50 yaşlı David Ebralidze hələ 2000-ci ildə Tiflisdə keçirilən "sxodka”da "oğru” titulundan məhrum edilmişdi. Atası 20 ildən sonra, 2 mart 2020-ci il tarixdə Trabzonda onun titulunu geri qaytara bilmişdi. 
 
Lakin Dato Ebralidze ikinci şansı da dəyərləndirə bilməyib. Ebralidze "oğru” titulu daşımasına baxmayaraq, kriminal qaydalara riayət etməyib. Onun konkret olaraq hansı qanunları pozduğu bəli deyil. Amma Dato Ebralidzeyə ikinci dəfə şans tanınmasında böyük əməyi olan "Oniani-Canqveladze” klanı hesab edib ki, o, "oğru”ya yaraşan həyat yaşamır. Bu baxımdan, Trabzonda "sxodka” təşkil olunub. 
 
"Sxodka”da ata və oğul Ebralidzelər də iştirak edib. Bütün "oğru”lar, o cümlədən Amiran Ebralidze Dato Ebralidzeyə ünvanlanan ittihamların əsassız olmadığı qənaətinə gəlib və o, "oğru” titilundan məhrum olunub. 
 
Dato Ebralidze daha sərt cəzalandırıla bilərdi. Lakin "sxodka” iştirakçıları Amiran Ebralidzeyə görə oğlunu daha sərt cəzalandırmayaraq, tituldan məhrum etməklə kifayətləniblər. 
 
Artıq kriminal dünyaya aid olan hər kəsin bu qərardan xəbəri var və Dato Ebralidze bu aləmdə "proşlyak” (hansısa səhvinə görə "oğru” titulundan məhrum edilənlər sonradan "proşlyak” adlandırılır) kimi qəbul edilir.
 
Qeyd edək ki, Dato Ebralidzenin atası Amiran Ebralidze 1973-ci ildə Tiflisdə "Vera məhəlləsinin melodiyaları” filminin çəkilişində gələcəkdə SSRİ-nin xalq artisti olacaq Alisa Freyndlixi soymaqla məşhurdur. 
 
Alisa Freyndlix
 
Amiran Ebralidze
 
Dato Ebralidze
0