ÖLKƏ
15:52 / 12.01.2022
378

Şəhid ailələrinin ödənişsiz göz müayinəsi aparıldı - FOTOLAR 

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və "Spero" hospitalın dəstəyi ilə Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinin ödənişsiz göz müayinəsi aparılıb. 

HİT.az xəbər verir ki, müayinəni oftalmoloq cərrah Günel Xalıqverdiyeva həyata keçirib. O, gözlərində problem aşkarlanan şəhid xanımları və övladlarına  lazımi müalicə kursu və eynək təyin edib, digər şəxslərə isə gözlərin qorunması üçün zəruri məsləhətlər verib. 

Oftalmoloq, həmçinin, həkim yoldaşlarını bu kimi təşəbbüslərə qoşulmağa çağırıb 

Müayinə prosesində iştirak edən Birliyin rəhbəri Sevinc Fədai "Spero" hospitalına və tibb mərkəzinin əməkdaşı Günel Xalıqverdiyevaya təşəkkürünü bildirib. 

Qeyd edək ki, şəhid ailələrinin göz müayinəsi mütəmadi olaraq davam etdiriləcək.

0