"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi

İDMAN
20:12 / 15.01.2022
1541

Beynəlxalq Futbol Federasiyası (FIFA) Fransanın "Marsel" klubuna növbəti iki transfer pəncərəsində yeni futbolçuların qeydiyyatını qadağan edib.

Hit.az xəbər verir  ki, bu barədə "L'Equipe" qəzeti xəbər yayıb.

Məlumata əsasən, qərar bu ilin yayında qüvvəyə minəcək. Bildirilir ki, "Marsel" klubu bununla əlaqədar İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, Fransanın "Marsel" klubu UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Azərbaycanın "Qarabağ" klubunun rəqibidir.

0