Məşhur robot təqaüdə çıxdı - VİDEO

23:56 / 31.03.2022
583

Yaponiyanın “Honda” texnologiya şirkəti insanabənzər robot Asimo layihəsini dayandırıb, robotu təqaüdə göndərib.

Dünyanın ən məşhur robotu Asimo Yaponiyada son şousunu edib.

O, tamaşaçıları salamlayaraq alqışlarla rəqs şousuna başlayıb. Asimo Tokioda öz məharətini nümayiş etdirdiyi şousu ilə vidalaşıb.

2018-ci ilə qədər 7 nəsildə inkişaf etdirilən Asimo üçün istehsalçıları təqaüdə çıxmaq qərarına gəlib

Qeyd edək ki, Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor” 2000-ci ildə Asimonun ilk modelini nümayiş etdirib.

“Danışan insanabənzər robot” kimi təqdim edilən Asimo 2002-ci ildən bu yana 20 il ərzində bir çox ölkədə çıxış edərək öz bacarığını nümayiş etdirib.

0