Əfqanıstan məscidində partlayış: Çox sayda ölən və yaralananlar var

21:11 / 22.04.2022
969

Əfqanıstanın Künduz əyalətindəki məsciddə partlayıcı qurğu işə düşüb.

Bu barədə cümə günü Əfqanıstanın “Aamaj News” xəbər agentliyi məlumat yayıb.

Məscid ölkənin şimalında, Künduz vilayətinin İmam Sahib rayonunda yerləşir.

“Tolo News”un hüquq-mühafizə orqanlarındakı mənbələrə və şahidlərin ifadələrinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 33 nəfər ölüb, 43 nəfərsə yaralanıb.

Yaralılar yerli xəstəxanaya çatdırılıb.

0