Bakıda iki maşın toqquşub, "Gelandewagen” aşıb - FOTO

ÖLKƏ
17:30 / 20.05.2022
839

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yusif Səfərov küçəsindən Neftçilər prospekti istiqamətindəki yolda qeydə alınıb.

“Opel” markalı avtomobil “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes Gelandewagen” aşıb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə yerinə yol polisinin əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən götürülüb.

0