Çin alimləri keçmişdə Marsda okeanın olduğunu sübut etdi

MARAQLI
11:15 / 22.05.2023
482

Çin Geologiya Elmləri Universitetinin (Uhan) bir qrup tədqiqatçısı keçmişdə Marsın səthində qədim okeanın mövcudluğuna dair birbaşa sübutlar tapıb.

HİT.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, professor Xiao Longun rəhbərlik etdiyi tədqiqatçılar qrupu Çinin Zuronq roverinin multispektral kamerası tərəfindən əldə edilən məlumatları təhlil edərək ilk dəfə olaraq "Marsın səthində dəniz çöküntülərinin petroloji sübutlarını" tapıb.

Agentlik qeyd edir ki, tədqiqatlar əvvəllər Marsda böyük miqdarda maye əlamətləri aşkar etmişdi, lakin bu iddialar yerində analiz edilmədiyi üçün mübahisəli olaraq qalır.

Yerdən keçmiş müşahidələr göstərib ki, 3.7 milyard il ərzində Mars qırmızı planetin bütün səthini əhatə edəcək qədər su itirib. Bəzi elm adamları hesab edirlər ki, bu suyun çox hissəsi kosmosa buxarlanmamış ola bilər.

Marsın kəşfiyyatı üçün orbital modul, eniş kapsulu və roverdən ibarət ilk Çin kosmik gəmisi "Tianwen-1" 23 iyul 2020-ci ildə Haynan adasındakı Vençan kosmodromundan buraxılıb. 15 may 2021-ci ildə "Tianwen-1" eniş aparatının bir hissəsi olan Zuronq roveri Marsın səthində Utopiya düzənliyinin cənub hissəsinə uğurla eniş edib.

Missiyanın əsas məqsədi Marsda mümkün həyatın əlamətlərini tapmaq, eləcə də alimlərə bu planetdəki şəraitin gələcəkdə insan həyatı üçün uyğun olması üçün dəyişib-dəyişə bilməyəcəyini anlamaqda kömək etməkdir. Çin dünyada Mars roverinin uçuşunu, enişini və qırmızı planetin kəşfini bir missiyada tamamlayan ilk ölkə olub.

Samir

0