Ukrayna əks-hücuma keçir: "Əsas döyüşlər..."

DÜNYA
15:32 / 09.06.2023
720

Ukraynanın əsas hədəfinin Krım olduğuna dair bəyanatlar səsləndirilməyə davam edir.

Son olaraq, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Ukrayna Silahlı Qüvvələri havalar isti olanda Krıma daxil olacağını deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də hər fürsətdə Krım başda olmaqla, bütün torpaqların işğaldan azad olunması üçün çalışdıqlarını açıqlayır.

Maraqlıdır, Ukraynanın əks-hücum əməliyyatları nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, Ukraynadakı əsas döyüşlər qarşıdakı aylarda olacaq:

327702

"Əslində həm Ukrayna Müdafiə Nazirliyi, həm Kəşfiyyat İdarəsi, həm də ölkə rəhbərliyi dəfələrlə əks-hücum planını həyata keçirəcəklərini və torpaqlarını işğaldan azad edəcəklərini deyiblər. Amma bunun icra vaxtını və mexanizmini heç kim bilmir. Düşünürəm ki, bunu ancaq Ukrayna hakimiyyəti və ordu rəhbərliyi bilir. 

Son yaşanan proseslər onu göstərir ki, döyüş əməliyyatı tapşırığı artıq icra olunmağa başlayıb. Artıq qısa əks-hücum planları icra olunur. Lakin hələ ki, geniş əks-hücum planı görünmür. Yəqin ki, əsas döyüşlər qarşıdakı aylarda baş verəcək. Hesab edirəm ki, müharibənin taleyi yayın sonuna qədər bəlli olacaq. Müharibə tamamlanmasa belə, əsas taleyüklü döyüşlər bu yay olacaq".

Pərviz

0