Tramp həqiqətən həbs olunacaq? - ŞƏRH

DÜNYA
11:11 / 23.08.2023
519

Xəbər verdiyimiz kimi, ABŞ-ın sabiq prezidenti Donald Tramp barəsində həbs qərarı verilib.

O, avqustun 25-dək könüllü olaraq Corciya ştatının Fulton dairəsi həbsxanasına getməlidir. Trampın orada həbs olunması gözlənilir. Həmçinin, sabiq prezidentə  həbsxanaya gəldikdən sonra rəsmi həbs prosedurundan keçiriləcək. Yəni onun üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək və barmaq izləri alınacaq. Bütün bunlara baxmayaraq, onun 200 min dollar girov qarşılığında sərbəst buraxılacağı da deyilir. Lakin seçki vaxtı yaxınlaşdıqca Trampa qarşı başqa ittihamların irəli sürüləcəyi və yeni məhkəmələrin başladılacağı da istinsa edilmir.

Ümumiyyətlə, bu proses necə yekunlaşacaq? Donald Tramp həqiqətən həbs oluna bilər?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Trampın həbs qərarını bilmək üçün öncə ABŞ-ın hüquq sistemini bilmək lazımdır:

332387

"Əslində ABŞ-da sabiq prezidentlərin həbs olunması kimi bir təcrübə yoxdur. Amma sabiq prezidentlərin diplomatik toxunulmazlığı da olmur. Nəzərə almaq lazımdır ki, Tramp həm də milyarderdir və kommersiya fəaliyyətləri davam edir. O, bununla yanaşı, siyasi fəaliyyətinə davam edir və kifayət qədər geniş kütləyə malikdir. Onun növbəti prezident seçkilərinə qatılması da gündəmdədir.  Görünən odur ki, Tramp barəsindəki həbs qərarı da bununla bağlıdır. O, özündən öncəki dövlət başçılarından fərqli olaraq daha çox milli şəxs idi. Yəni Amerikan milliyətçiliyini təmsil edirdi. ABŞ-ın qlobalistlərin əks mövqeyində dayanırdı".

Politoloqun fikrincə, Trampın hakimiyyət sonrası fəaliyyətini davam etdirməsi bəzi dairələrin xoşuna gəlməyib və onu aradan götürməyə çalışırlar:

"Məsələn, Pakistanda sabiq baş bazir İmran Xanın həbs olunduğunu gördük, amma ABŞ qəliz ölkədir. Oradakı siyasət də, hüquq sistemi də qəlizdir və daha detallı məqamlar mövcuddur. Bu baxımdan, Donald Trampın indiki məqamda həbs olunacağını inandırıcı hesab etmirəm. Təbii ki, hüquq yol versə, bu, ola bilər. Amma onun həbs ediləcək nə isə etdiyini zənn etmirəm.

Yəqin ki, prosesin yekununu seçkilərdə biləcəyik. Əgər Tramp prezidentliyə namizəd olsa və seçkidə məğlub olsa, böyük ehtimalla siyasi karyerasını bitirəcək. Ondan sonra isə karyerasına milyarder kimi davam edə bilər".

Pərviz

0