İsrail quru əməliyyatına hazırlaşır: "İran vurula bilər" - ŞƏRH

DÜNYA
11:18 / 20.10.2023
552

İsrailin müdafiə naziri Yoav Qalant növbəti dəfə Qəzza zolağı ilə bağlı danışıb.

O, qoşunların tezliklə Qəzza sektoruna daxil olacağını açıqlayıb. Diqqətçəkən məqam odur ki, İsrail tərəfi bir neçə dəfə Qəzza zolağında quru əməliyyatına başalayacağını elan edib. Lakin bunun hər dəfə yubandığını və ya təxirə salındığını görürük.

Maraqlıdır, İsrailə quru əməliyyatına başlamağa nə mane olur? 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli HİT.az-a açıqlamasında bildirib ki, İsrail hərbçiləri quru əməliyyatlarına başlamaq üçün Qəzza sektorunun altına girməlidirlər:

336198

"İlk növbədə oradakı dəhlizlərə daxil olmaq lazımdır. Əsas problem budur. İsrail Qəzza zolağına tamamilə işğal edərək Livana hücum etməyi düşünür. Bu isə İsrailin potensialını aşan bir prosesdir və ona xarici dəstək lazımdır".

Politoloq qeyd edib ki, hazırda ABŞ və İsrailin digər müttəfiqlərinin toparlanma prosesinin getdiyi görülür:

"Bu isə o deməkdir ki, genişmiqyaslı əməliyyatlar gözlənilir. Hətta İran da vurula bilər. Nə baş verəcəyini bilmək olmaz. Düşünürəm ki, çox böyük işlərin görülməsi hədəflənir. Qəzza zolağı kimi məsələlər isə xırda detallardır".

Pərviz

0