Xalq artisti: "Zaur məni dilə-dişə saldı"

MAQAZİN
13:45 / 05.03.2024
434

"Zaur aləmi qarışdırıb, məni dilə-dişə saldı".

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Gülyaz Məmmədova “Xalq artisti tək qaldı” başlıqlı məlumata aydınlıq gətirərkən deyib. 

Müğənni bu səbəbdən efirlərə çıxmadığını vurğulayıb:

“Dedim eləmə, məni mətbuatın dilinə salma. Amma saldı da. Uşaqlarımı çağırdım, reklam elədi, axırı da belə. Belə şeylərə görə efirlərə çıxmıram”.

Qeyd edək ki, Xalq artisti Gülyaz Məmmədova “Zaurla günaydın” proqramında şəxsi həyatı ilə bağlı danışıb. Sənətçi bildirib: "1996-cı ildən təkəm. Bilmirəm, neçə il edir. Zaur, o günləri yada salma. İşimlə məşğulam. Dərslərim, konsertlərim, qastrollarıma getmişəm. Anamgil həmişə yanımda olub".

Azra 

0