Əməkdar artist: "Təşkilatçılar Sərdar Ortacın mənimlə görüşünə imkan vermir"

MAQAZİN
23:39 / 06.03.2024
334

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva türk müğənnisi Sərdar Ortacın onunla bağlı paylaşımlarına münasibət 

"Təşkilatçılar mənim Sərdar Ortacla görüşməyimə imkan vermir".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva türk müğənnisi Sərdar Ortacın onunla bağlı paylaşımlarına münasibət bildirərkən deyib. 

Elnarə Abdullayeva Sərdar Ortacın hər dəfə Azərbaycana gələndə onunla görüşmək istədiyini qeyd edib:

"Sərdar Ortac bir neçə dəfə Azərbaycana gəlib. Onu hansı şirkətin gətirdiyini bilmirəm. Amma hər dəfə Sərdar Ortac konsertini təşkil  edənlərdən mənimlə onun görüşünü təşkil edilməsini istəyib. Təşkilatçılar onu mənimlə görüşdürmürlər. Sərdar Ortacın başını necə qatırlarsa, necə dumanlı qarşılayıb, dumanlı yola salırlarsa, bir də baxır artıq Türkiyədədir. Guya Sərdar mənimlə tanış olsa, görüşsə nə olacaq? Biz belə millətik. Biz belə gərəksizik. Mən özüm onu axtara bilmərəm, necə deyim ki, məni axtarmısınız? Nə onun mənə, nə də mənim ona borcumuz yoxdur. İnsanlıq və sənətə sevgi var"
 
Elnarə Abdullayeva işlərini qaydasına qoyan kimi Sərdar Ortacı Azərbaycana dəvət edəcəyini əlavə edib:

"İşlərim yoluna qoyum, onu şəxsən özüm dəvət edəcəm və görüşəcəm, Sərdarın mənim sənətimə olan sevgisi Azərbaycan muğam sənətinə olan sevgisidir".

Qeyd edək ki, Türkiyə müğənnisi Sərdar Ortac sosial səhifə hesabında Əməkdar artist Elnarə Abdullaya sənətinə vurğun olduğu ilə bağlı paylaşımlar edib. 

0