"Porsche"nin yeni modeli belə olacaq - FOTOLAR 

AVTO
12:01 / 14.03.2024
1080

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Porsche" yeni modelini təqdim etməyə hazırlaşır.

Hit.az xəbər verir ki, hibrid olacaq model "Porsche 911" adlanacaq.

Şirkətin ən sevilən modellərinin yenisi olan avtomobil daha sürətli olacaq. Sözügedən model "Porsche"nin "919" və "963" yarış avtomobillərinin təcrübəsindən yararlanılacaq. Avtomobil haqqında ətraflı məlumat bilinməsə də, ilkin fotoları ortaya çıxıb. 

Lakin tam elektrikli "Porsche 911" modelinin istehsalı isə yaxın gələcəkdə nəzərdə tutulmur. Şirkətin mühəndisləri bu məsələnin 2035-ci ilə qədər gündəmdə olmayacağını söyləyirlər. 

Pərviz

0