Elektrik xətlərindən asılan rəngli kürələr nə üçündür?

MARAQLI
19:58 / 03.04.2024
328

Çox zaman magistral yolların yaxınlığı boyunca uzanan elektrik xətlərinin üzərində rəngli topların olduğunu görürük. 

Bu toplar elektrik xətlərinin üzərinə nə üçün vurulur? Bu yəqin çoxlarını düşündürüb.

Hit.az bu maraqlı suala cavab axtarıb. Məsələ ilə bağlı sualımızı cavablandıran mühəndis Yadigar Piriyev bildirib ki, həmin toplara İkans kürələri deyilir.

“Çox adam elə bilir ki, bu kürələr yüksək elektrik xətlərinin üzərinə yerləşdirilir ki, xətlər bir- birinə dolaşmasın. Bunun sadə bir səbəbi var. Bu kürələr  çox yüksəklərdən keçən və uçuş xətlərinin altında olan yerlərdə elektrik xətlərinin üzərinə quraşdırılır ki,  alçaqdan uçan helikopterlər, təyyarə və dronlar  yaxınlıqda  yüksək gərginlikli elektrik xətlərini görüb, diqqət etsinlər. Başqa bir məqsəd daşımır. O sadəcə faicəni önləmək üçündür. Diqqət çəkmək üçün  bu kürələri sarı, qırmızı rənglərdə hazırlayırlar", deyə o bildirib.

Murad

0