Qərbə 10 il vaxt və 10 trilyon dollar lazımdır - Soyuq müharibə dövrünə qayıdış

DÜNYA
12:18 / 09.04.2024
181

Qərbin ÜDM-in təxminən 4%-ni müdafiəyə xərclədiyi Soyuq müharibə dövründə dövlətlərini yenidən silahlandırmaq və müdafiə xərcləri səviyyəsinə çatmaq üçün G7 ölkələrinə 10 il və 10 trilyon dollar lazımdır. 

HİT.az xəbətr verir ki, bu barədə "Bloomberg" öz hesablamalarına istinadən yazıb.

"Qərbdə təhlükəsizlik rəsmiləri deyirlər ki, alyansın yenidən silahlanma ilə bağlı planlarını həyata keçirmək üçün hərbi büdcələrin Soyuq müharibə xərclərinə uyğun olması və ölkələrin ÜDM-nin 4%-nə çatması olması lazım ola bilər", deyə nəşr qeyd edib.

Agentlik hesablamalar aparıb ki, qeyd olunan göstəricilərə nail olmaq və Qərb üçün zəruri olan yenidən silahlanma üçün G7 ölkələrinə 10 il və 10 trilyon dollar lazımdır.

"Əgər Birləşmiş Ştatlar və onun G7 müttəfiqləri ÜDM-in 4%-i səviyyəsinə çatsalar, bu, növbəti onillikdə 10 trilyon dollardan çox əlavə öhdəliklər deməkdir", deyə agentlik qeyd edir.

"Bloomberg"ə görə, Qərb ölkələrinin bu cür niyyətləri Rusiyanın Ukraynada irəliləməsi və Çinə qarşı tarazlıq yaratmaq zərurətini dərk etməsi ilə bağlıdır. Bu baxımdan, nəşr qeyd edir ki, Qərb Şərqi Avropada müdafiəsini kəskin şəkildə gücləndirməlidir.

Samir

0