Kişilər çox yaşayır, ya qadınlar?

SAĞLAMLIQ
22:57 / 30.08.2024
329

Aparılan araşdırmalara görə, kişilər qadınlara nisbətən daha az yaşayır. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ənənəvi olaraq kişilərin az yaşamasını onların qeyri-sağlam həyat tərzi sürməsi, kökəlmə, alkoqol, tütün, narkotik vasitələrə meylli olması ilə əlaqəlidir:

“Qadınlar dərdini danışarkən rahatlayır, kişilər isə problemi həll etmək üçün çalışır. Kişilər daha çox narahat olur. Buna görə də qadınların ömrü daha uzundur. Həmçinin, kişi cinsinə mənsub olan xəstəliklər var ki, bunlar daha tez öldürücü xüsusiyyətə malikdir. Prostatla bağlı xəstəlikləri misal göstərmək olar. Kişilər spirtli içkilərdən daha çox istifadə edirlər. Spirtli içkilər də insanın səhhətinə güclü ziyan vurur”.

Sevinc
 

0