Bakı-Sumqayıt şossesində yük avtomobili qəza törədib, xəsarət alan var - FOTO

ÖLKƏ
08:53 / 13.06.2020
1905

Abşeron rayonunda yük maşını yol-nəqliyyat hadisəsi törədib.

APA xəbər verir ki, qəza Xırdalan qəbiristanlığının yaxınlığında qeydə alınıb.

Elman Ağaməmmədov idarə etdiyi "DAF" markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton arakəsmələrə çırpılıb.

Hadisə zamanı sürücü xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Sürücünün APA-ya verdiyi məlumata görə, o, Rusiya Federasiyasından Bakıya qapı gətirirmiş. Yolun bir hissəsinin qazılması, eyni zamanda yağışlı hava şəraiti səbəbindən idarəetməni itirib.

Zərbənin gücündən yük maşınının yanacaq çəni zədələndiyindən avtomobilin yanacağı yola dağılıb.

Əraziyə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

0