Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...

ÖLKƏ
17:23 / 08.07.2026
91
Bakıda biznes adı ilə 3 milyon manata yaxın dələduzluq etməkdə ittiham olunan ortaqlardan biri özünü öldürüb, digəri həbs edilib.

"Qafqazinfo”nun məlumatına görə, bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Böyük həcmli cinayət işinin qısa məzmunu ondan ibarətdir ki, 50 yaşlı Zaur Mövlamov biznesmen tanışı Nizami Həsənovla əlbir olaraq iki nəfərin 2 milyon 560 min manat pulunu ələ keçiriblər.

Əsas zərərçəkmiş isə Rasim Aslanovdur. Rasim təqsirləndirilən şəxslərin siqaret biznesinə sərmaya yatırmaq və yüksək gəlir qazanmaq üçün 2 milyon 430 min manat pul qoyub. Digər zərərçəkmiş Musa Əliyev isə eyni niyyətlə 110 min manat pul verib.

Rasimlə Musa sonuncu dəfə aldadılsalar da, əvvəllər bu biznesdən böyük pullar qazanıblar.



Zaur Mövlamovun sözlərinə görə, əvvəllər işləri yaxşı gəlir gətirirmiş. Əsasən Dubaydan ucuz qiymətə aldıqlarını Bakıya gətirərək baha satıblar. Lakin sonradan işlərində problem yaranıb, yatırılan pullar da batıb. Amma Mövlamov özünü tam təqsirli bilməyib, işi aparan əsas adamın Nizami Həsənov olduğunu deyib. O özünü əsasən vasitəçi qismində görüb. Elə cinayət əməlinə görə də birlikdə məsuliyyətə cəlb olunublar, istintaqın ortasında Nizami özünü asaraq intihar edib.
Ətraflı

"3-cü gün Nizamiyә zәng etdim, lakin zәng çatmadı. Bir müddәt sonra atası zәng edib Nizaminin özünü asdığını dedi. Bunu eşidəndə şok oldum, dərhal Nizamigilin Bilgәhdәki bağ evinә getdim. Nizaminin yerdә üstü örtülü halda meyitini gördüm”, - Z.Mövlamov deyib.

Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirib ki, yas mərasimindən sonra Nizaminin atası ilə danışıb, mərhum oğlunun borcu olduğunu deyib. Lakin bu da bir nəticə verməyib. Hətta sonradan çox pis vəziyyətə düşüb, 200 manata belə ehtiyacı olub.



Sonradan şikayətlər əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Araşdırma nəticəsində Zaur Mövlamov polis müstəntiqinin vəsatəti əsasında həbs edilib, Nizami barəsindəki cinayət işinə isə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib.

Zərərçəkmiş şəxslər isə indi pullarını Zaurdan tələb edirlər. Onlar məhkəmədə şikayətçi olduqlarını, pullarını geri istədiklərini deyiblər. Əlavə olaraq ağır cəza tələb ediblər.

Hakim Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası yekunda təqsirləndirilən şəxsə verilmiş ittihamı sübuta yetirilmiş hesab edib.

Hökmə əsasən, Zaur Mövlamov xüsusilə külli miqarda dələduzluqda təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib. Bundan əlavə, zərərçəkmişlərin mülki iddiaları da təmin olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs vurduğu ziyanı zərərçəkmişlərə geri ödəməlidir.

0