Azərbaycan ilk hansı ölkə ilə sərhədini açacaq?

SİYASƏT
18:43 / 13.05.2020
1598

Mayın 31-dək xarici ölkələrə gediş-gəlişin dayandırılması qüvvədədir.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

"İlk hansı ölkə ilə sərhədlərin açılması məsələsi ilə bağlı nəsə demək mümkün deyil.

Xarici ölkələrdə vətəndaşlarımız arasında yoluxma halları təəssüf ki, mövcuddur. Eyni zamanda orada dünyasını dəyişən vətəndaşların nəşinin ölkəyə gətirilməsi təmin olunur", - o bildirib.

1
Axar.az