“Şahdağ Turizm Mərkəzinin” QSC-nin mehmanxana otaqları üçün ləvazimatların satın alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.
Hit.az xəbər verir ki, tenderin ləğv olunmasının səbəbi müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır.
Bu tender üzrə satınalma predmetinin 207 796,23 manata başa gələcəyi proqnozlaşdırılırdı.
Abbas


