Avtoriteti öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi

DÜNYA
18:40 / 20.04.2026
53

“Vaxa Suxumski” kimi tanınan kriminal avtoritet Vaxtanq Kardavanın qətlində təqsirli bilinən Məhəmməd Balahov ömürlük azadlıqdan məhrum edilib. 

Hit.az xəbər verir ki, Vaxtanq Kardava 25 aprel 2005-ci ildə Moskvada yerləşən “Joltya Submarina” restoranında baş verib. Dörd silahlı şəxs zala daxil olaraq Kardavanı və onun mühafizəçisi Nikolay Krutikovu güllələyib.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, Balahov hücumun təşkilində iştirak edib. Qətldən sonra o, 20 ildən çox saxta pasportla yaşayıb, bank kartlarından istifadə etməyib və rəsmi işdə çalışmayıb. Buna baxmayaraq, 2026-cı ildə saxlanılıb.

Balahov məhkəmədə hadisə yerində təsadüfən olduğunu iddia etsə də, məhkəmə onu təqsirli bilərək ömürlük həbs cəzası verib.

İstintaqın versiyasına görə, hücumun digər iştirakçısı Aslan Kodzokov hələ də axtarışdadır.

Abbas 
 

0