Ermənistan cəmiyyəti seçim qarşısındadır

DÜNYA
11:26 / 20.04.2026
74

Ermənistanın Baş naziri Nikol Paşinyan diqqətçəkən açıqlama verib.

O, ölkədə bəzi siyasi qüvvələrin irəli sürdüyü yanaşmaları təhlükəli hesab etdiyini söyləyib. Paşinyan vurğulayıb ki, müxalifətin ərazi iddiaları ilə bağlı sözləri və emosional çağırışları regionda sabitliyi poza və Ermənistanı yenidən qarşıdurma vəziyyətinə sürükləyə bilər. Baş nazir Qarabağ mövzusunun simvolik və populist formada gündəmə gətirilməsinin düzgün olmadığını diqqətə çatdırıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMT)-nin rəhbəri Mətin Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın bu mövzuda səsləndirdiyi iddialar və ittihamlar əsaslı hesab olunmamalıdır: 

397050

“Çünki istər seçki prosesində iştirak edən, istərsə də qatılmayan müxalifət qüvvələrinin böyük əksəriyyəti Azərbaycana qarşı iddialarla çıxış edir. Bu, əslində keçmiş münaqişəni yenidən canlandırmaq cəhdlərindən xəbər verir. Bu baxımdan, Paşinyanın irəli sürdüyü arqumentləri inandırıcı saymaq çətindir”.

Ekspert Paşinyanın çağırışlarının erməni cəmiyyətinə təsiri barədə də danışıb:

“Bunun real nəticəsi iyun ayında keçiriləcək parlament seçkilərində üzə çıxacaq. Ermənistan cəmiyyəti seçim qarşısındadır: ya Paşinyanın sülh gündəliyini dəstəkləyəcək, ya da revanşist qüvvələrin qarşıdurma və gərginlik yaradan ritorikasına üstünlük verəcək. Bu səbəbdən daha dəqiq mənzərə məhz iyun ayında aydınlaşacaq”.

Günel Cəlilova

0