"Bloomberg": İrandakı müharibə Çinin ABŞ etanına asılılığını artırıb

DÜNYA
17:48 / 20.04.2026
48

Aprel ayının yekunlarına əsasən Çin ABŞ-dan rekord həcmdə etan idxal edəcək. Məlumat Çin konsaltinq şirkəti "JLC"nin göstəricilərinə istinadən verilib. 

HİT.az xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, aprel ayında ABŞ-dan Çinə etan tədarükü təxminən 800 min ton olacaq ki, bu da orta aylıq göstəricidən təxminən 60% çoxdur.

ABŞ etanının tədarükünün artması Yaxın Şərqdən gələn təchizatın pozulması ilə izah olunur. Xüsusilə, İranla bağlı müharibə və Hörmüz boğazı vasitəsilə daşınmalarda yaranan problemlər bu artıma təsir edib. 2024-cü ildə Çin artıq ABŞ-dan təxminən 4,7 milyon ton etan idxal edərək bu qazın əsas ixrac istiqamətinə çevrilib. İlkin hesablamalara görə, 2025-ci ilin yekununda Çin ümumilikdə 6,3–8,2 milyon ton etan idxal edib.

Etan sənaye və tibbdə geniş istifadə olunur. O, xüsusilə etil spirti, asetilen və etilenqlikol istehsalında tətbiq edilir. Həmçinin plastiklərin istehsalı prosesində mühüm xammallardan biri hesab olunur.

"Bloomberg"in sitat gətirdiyi "JLC" analitiki Si Linlinin sözlərinə görə, “ABŞ etanı sabit təchizat və daha aşağı qiymət səbəbindən Çin etilen istehsalçıları üçün daha üstün alternativə çevrilir”.

Samir
 

0