Lukaşenko: ABŞ NATO-dan ona görə çıxmayacaq ki...

DÜNYA
17:07 / 20.04.2026
45

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ABŞ prezidenti Donald Trampın radikal qərarlarına baxmayaraq, NATO mövcudluğunu qoruyub saxlayacaq. 

HİT.az xəbər verir ki, o, bu barədə "RT" telekanalına müsahibəsində danışıb.

Lukaşenkonun sözlərinə görə, Tramp NATO-nun ləğvi ilə bağlı qərar qəbul etsə belə, bunu həyata keçirmək üçün kifayət qədər vaxtı olmayacaq. Onun fikrincə, sonradan hakimiyyətə gələcək digər siyasi qüvvələr alyansı qorumağa çalışacaqlar.

Belarus lideri hesab edir ki, həm Tramp, həm də onun ətrafı NATO-nun ABŞ üçün mühüm strateji dayaq nöqtəsi olduğunu yaxşı anlayır.

Bundan əvvəl Donald Tramp Şimali Atlantika Alyansı üzrə müttəfiqlərə İran əleyhinə əməliyyatda iştirak təklifinin bir növ “sınaq” olduğunu bildirmiş və bu addımı ilə birliyin zəif tərəflərinə işarə etmişdi. O, tərəfdaşlarını Vaşinqtonu dəstəkləməməkdə ittiham edərək, ABŞ-ın alyansı tərk etməsi ehtimalını yenidən gündəmə gətirib. Ekspertlər bu cür bəyanatları artıq Moskva üçün “hədiyyə” kimi qiymətləndirirlər.

Samir
 

0