Azərbaycanın Milli Qəhrəmanının anası Moskvadan Türkiyəyə aparıldı – FOTO

18:47 / 22.06.2020
1863

Bir müddət öncə Moskvaya müalicəyə gedən Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurovun anası Kamilə Aznaurova koronavirusa görə uzun zaman idi ki, Rusiyada qalmışdı.

HİT.Az bildirir ki, Milli Qəhrəmanın ailəsindən Modern.az saytına verilən məlumata görə, Covid-19 pandemiyası ilə əlaqədar olaraq Beynəlxalq uçuşlar təxirə salındığına görə Milli Qəhrəman İsgəndər Aznaurovun anası Kamilə ananın müayinə və müalicəsi üçün Rusiyanın Moskva şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə aparılması barədə Dünya Axiska Türkləri Birliyinə (DATÜB) müraciət edib.

Bu müraciətdən sonra Dünya Ahiska Türkləri Birliyinin Türkiyə Xarici İşlər Nazirliyi ilə apardığı danışıqlara əsasən Rusiyanın Moskva şəhərində olan Türkiyə səfirliyinin hazırladığı Türk hava yollarına məxsus xüsusi təyyarə ilə 10 iyun tarixində Kamilə ana Türkiyənin İstanbul şəhərinə gətirilib.

Aznaurovlar ailəsi bu diqqətə görə, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğana, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğluna, Türkiyənin Moskvadakı səfirliyinə, DATB Başkanı Ziyatdin Kassanova və DATB-in baş katibi Fuat Uçara dərin təsəkkürünü bildirib.

0