Xalqın güvəndiyi və dəstəklədiyi LİDER

SİYASƏT
11:19 / 08.07.2026
282

“Son rəy sorğusunda Azərbaycan Prezidenti cənab İlham Əliyevə böyük etimad göstərilməsi təbiidir. Əlbəttə ki, bu reallıqlara, cənab İlham Əliyevin həyata keçirdiyi çox böyük islahatlara və siyasi gedişlərə əsaslanır”.

Bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Prezidenti bu gün dünyada çox böyük hörmət və ehtirama, nüfuza sahib olan siyasi liderdir: 


“Cənab İlham Əliyevin bəşəri ideyaları, onun sülhməramlı çağırışları bilavasitə dünyada əmin-amanlığın, azadlığın, təhlükəsizliyin təmin edilməsinə, insanların xoşbəxtliyinə hesablanıb. Azərbaycan Prezidenti sözü ilə əməlini həyata keçirməyə qadir bir rəhbərdir.

Qarabağ torpaqlarının işğaldan azad olunması, 30 il düşmən tapdağı altında qalan şəhər və kəndlərimizin azad edilməsi və bu gün orada çox möhtəşəm tikinti, abadlıq, quraşdırma işlərinin aparılması tarixi nailiyyətdir. Bunu məhz cənab İlham Əliyev kimi Ali Baş Komandan, böyük siyasətə malik olan insan bacara bilərdi və bacardı”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti əməlləri və amalları ilə öz adını əbədi olaraq tarixə həkk edib:
“Çünki 200 il Azərbaycan torpaqları işğala məruz qalıb və bu dövrlərdə bir qarış torpaq da geri qaytarılmayıb. Ancaq cənab İlham Əliyevin böyük siyasi gedişləri, düşünülmüş hərbi planları əsasında uzun illər işğalda olan torpaqlar geri qaytarıldı. Azərbaycan təkcə Ermənistana qarşı vuruşmadı, dünyanın bir çox böyük dövlətinə, ölkəmizin uğurlarını qəbul etməyən qüvvələrə qarşı vuruşdu və rəhbərimiz bu döyüşdə qalib gəldi. 

O, nəinki bu döyüşdə qalib gəldi, dünyaya göstərdi ki, Azərbaycan xalqı müdrik, qəhrəman, öz torpağını canı, qanı bahasına azad etməyə qadir olan bir xalqdır. Azərbaycan xalqı çətin gündə, dar gündə birləşməyi, bir qüvvə olmağı bacarır. Azərbaycan xalqı öz əzmkarlığı ilə nəinki düşməni, ölkəmizə qarşı uzanan hər bir əli kəsməyə, hər bir qüvvəni dəf etməyə qadirdir”.

Tahir Rzayev vurğulayıb ki, Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərdəki çıxışları, beynəlxalq tribunalardan səsləndirdiyi fikirlər təkcə Azərbaycan xalqı üçün deyil, dünya xalqlarına həyat, azadlıq, sülh və firavanlıq məsələsidir: 
“Cənab İlham Əliyev daimi olaraq bu məqsəd uğrunda xalqları, dövlətləri birləşməyə, əməkdaşlığa və dostluğa səsləyir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda sayılan, öz sözü olan bir dövlətdir, güc, amal, əməl sahibidir. 

Azərbaycan yalnız Cənubi Qafqazda deyil, dünyada öz yeri və sözü olan ölkədir. Dövlətimizin başçısı dünya liderləri arasında seçilir, sevilir və ona çox böyük ehtiram, etimad var. Dünyanın ən böyük dövlətləri ilə - ABŞ, Çin, İngiltərə, Türkiyə və digər dövlətlərlə sağlam münasibətlər, qarşılıqlı əməkdaşlıq, imzalanan çox mühüm sənədlər bunu deməyə əsas verir”.

Həmsöhbətimiz əlavə edib ki, bu münasibətlərin yaxşılaşdırılması Azərbaycan xalqının gələcəyi, insanların xoşbəxtliyi, iqtisadiyyatın yüksəlişi, təhlükəsizliyin təmin edilməsi üçün çox vacib və əhəmiyyətlidir: 
“Azərbaycan vətəndaşının talehi, təhlükəsizliyi, inkişafı ölkəmizin rəhbərinin həyat amalı və fəaliyyətinin əsasıdır. Bu səbəbdən də xalq öz Prezidentinə böyük hörmət və etiramla yanaşır, qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirir. Belə sorğularda cənab İlham Əliyevin böyük etiramla səs alması və onun fəaliyyətinin qiymətləndirilməsi sevindiricidir və bu, hər birimizi qürurlandırır”.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin 2026-cı ilin yanvar-iyun aylarını əhatə edən ictimai rəy araşdırması ölkə vətəndaşlarının Prezident İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirdiyini bir daha sübut edib. 

Sorğuda iştirak edənlərin 87,7 faizi dövlət başçısına güvəndiyini, 93,6 faizi onun fəaliyyətini yüksək qiymətləndirdiyini, 81,9 faizi isə Prezident İlham Əliyevin ölkənin siyasi həyatında alternativi olmayan lider mövqeyini qoruduğunu, 91,5 faizi isə bazar günü seçki keçirilsə, İlham Əliyevə səs verəcəklərini bildirib.

Elmir Mustafa

0