NATO üzvü olan ölkələr ABŞ prezidenti Donald Trampla yeni razılaşmalar əldə etməyə ümid edirdilər, lakin o, onların planlarını pozub.
HİT.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Məqalədə qeyd olunur ki, sazişlər bağlamaq əvəzinə, ABŞ lideri sərt çıxış edib və bu, müttəfiqləri onun müdafiə öhdəliklərinə sadiqliyinə yenidən şübhə etməyə vadar edib.
Bundan əlavə, NATO nümayəndələri narahatdırlar ki, Trampın sərt bəyanatları ABŞ-ın Avropadakı gələcək hərbi mövcudluğu, Ukraynaya dəstək və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar məsələlərinin müzakirəsi zamanı da davam edəcək.
Bundan əvvəl Tramp bildirib ki, ABŞ Avropanın təhlükəsizliyinin təmin edilməsinə vəsait xərcləməyə borclu deyil və bütün amerikalı hərbçiləri oradan çıxara bilər. ABŞ prezidenti həmçinin NATO-dan “çox məyus olduğunu” qeyd edib.
NATO dövlət və hökumət başçılarının sammiti iyulun 7–8-də Türkiyənin paytaxtı Ankarada keçirilir.
Samir


