Xalqın Prezident İlham Əliyevə etimadı yüksək səviyyədədir

SİYASƏT
13:00 / 07.07.2026
181

Medianın İnkişafı Agentliyinin 2026-cı ilin yanvar-iyun aylarını əhatə edən ictimai rəy araşdırması ölkə vətəndaşlarının Prezident İlham Əliyevin fəaliyyətinə münasibətini ortaya qoyub. 

Sorğuda iştirak edənlərin 87,7 faizi dövlət başçısına güvəndiyini, 93,6 faizi onun idarəçilik fəaliyyətini yüksək qiymətləndirdiyini, 81,9 faizi isə Prezident İlham Əliyevin ölkənin siyasi həyatında alternativi olmayan lider mövqeyini qoruduğunu bildirib.
Sorğunun nəticələri göstərir ki, cəmiyyətdə formalaşan dəstək uzunmüddətli dövlət idarəçiliyi, həyata keçirilən islahatlar və ölkənin inkişafına yönəlmiş qərarların ictimai qəbul səviyyəsi ilə sıx bağlıdır. Respondentlərin mövqeyi onu deməyə əsas verir ki, əhalinin əhəmiyyətli hissəsi dövlət siyasətinin mövcud istiqamətini sabitlik, təhlükəsizlik və inkişaf baxımından uğurlu hesab edir.

İctimai rəydə müşahidə olunan bu göstəricilər, ilk növbədə, milli maraqların qorunmasına yönəlmiş siyasi kurs, strateji hədəflərə söykənən idarəçilik prinsipləri və dövlətlə vətəndaş arasında qarşılıqlı etimad münasibətlərinin möhkəmlənməsi ilə əlaqələndirilir. Məhz bu amillərin Prezident İlham Əliyevə ictimai dəstəyin yüksək səviyyədə qalmasında mühüm rol oynadığı vurğulanır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında deyib ki, Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı kifayət qədər yüksəkdir:

403808

“Çünki dövlət başçısı seçicilər qarşısında götürdüyü öhdəliklərin böyük hissəsini yerinə yetirib. Cənab Prezident torpaqların işğaldan azad olunmasına rəhbərlik edib, həmin ərazilərdə bərpa və yenidənqurma işləri isə sürətlə davam etdirilir. Artıq 90 mindən çox vətəndaş öz doğma yurduna qayıdaraq orada yaşayır. Bununla yanaşı, ölkədə kriminal vəziyyət aşağı səviyyədədir. Milli valyutanın aparıcı dünya valyutalarına münasibətdə məzənnəsi də artıq səkkiz ildir sabit qalır. Bütün bunlar insanların özlərini daha təhlükəsiz və güvənli hiss etməsinə səbəb olur ki, bu da dövlət başçısına olan etimadı gücləndirən əsas amillərdəndir”.

Millət vəkili onu da əlavə edib ki, ictimai rəy sorğusunun nəticələri də Prezident İlham Əliyevə yüksək ictimai dəstəyin yüksək olduğunu göstərir:

“Bu, tamamilə təbii haldır. Çünki lider cəmiyyətin etimadını doğruldur, fəaliyyətinin nəticələri gündəlik həyatda real şəkildə hiss olunursa, ictimai dəstəyin də yüksək olması qanunauyğundur”.

Günel Cəlilova

0