Danimarkanın baş naziri Mette Frederiksen yeganə düzgün qalibin Ukrayna olacağına zəmanət verməyə, həmçinin Rusiyaya təzyiq göstərməyin zəruriliyini bildirib.
HİT.az xəbər verir ki, onun NATO sammitində səsləndirdiyi fikirləri “İnterfaks-Ukrayna” yayıb.
Danimarka hökumətinin başçısı “daha fəal olmağa” çağırıb. Frederiksenin fikrincə, Avropada “daha güclü sənaye bazası” yaradılmasına ehtiyac var.
“Üçüncüsü isə, biz Ukraynaya daha çox kömək etməli, Rusiyaya daha böyük təzyiq göstərməli və bu müharibədə yeganə düzgün qalibin, əlbəttə ki, Ukrayna olacağına zəmanət verməliyik. Düşünürəm ki, hamı bilir, bunlar çətin dövrlərdir. Buna görə də bizim birliyimiz və bu dünyada birlikdə olmağa hazır olmağımız bəlkə də heç vaxt olmadığı qədər vacibdir”, deyə Frederiksen bildirib.
Samir

