Baş redaktora cinayət işi açıldı

ÖLKƏ
12:16 / 14.05.2020
1089
Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

Hit.Az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib.
 
O bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb: “İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.
0