Küçələrdə dilənçilik edən uşaqların valideynlərinə xəbərdarlıq

00:11 / 16.05.2020
906
Ötən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji, ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib.
 
Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə illik hesabatında yazılıb.

Aparılmış yoxlamalarla həmin uşaqlardan yalnız birinin məcburi əməyin qurbanı olması 
 
Digər hallar üzrə isə cinayət tərkibi müəyyən olunmayıb. Həmin faktlar əsasında övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərlərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bildirək ki, hesabatı Milli Məclisin mayın 19-da keçiriləcək iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.
1
Oxu.Az