Təbrizdə Azərbaycana dəstək aksiyası keçiriləcək

SİYASƏT
10:34 / 16.07.2020
1272

Bu gün və sonrakı günlərdə İranın paytaxtı Tehranda və müxtəlif şəhərlərdə, o cümlədən Təbriz, Ərdəbil, Urmiya, Zəncanda Azərbaycana dəstək mitinq və yürüşləri keçiriləcək.

HİT.Az xəbər verir ki, aksiyada Ermənistanın işğalçı siyasəti qınanılacaq.

Habelə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında Azərbaycana dəstək aksiyası keçiriləcək.

Xatırladaq ki, İran rəsmiləri iyulun 12-də Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatı pisləyib, Azərbaycanın ərazi bütövlüyünü müdafiə ediblər.

0