Bu gün tarixin vərəqlərində 14 iyuldayıq.
Hit.az xəbər verir ki, 14 iyul Azərbaycan və dünya tarixində çox sayda mühüm hadisə ilə xatırlanır.
Birinci növbədə vurğulayaq ki, bu tarixin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki Ümummilli Lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın 1-ci katibi seçilib. Bununla da ölkəmiz inkişaf yoluna qədəm qoyulub. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə birlikdə tərəqqi və intibah dövrünü əsası qoyulur.
14 iyulda baş verənlər:
1950-ci ildə Koreya müharibəsi zamanı “Taekon” döyüşü başlayıb. 2002-ci ildə Yeni Zelandiya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 2015-ci ildə NASA-nın "Yeni Üfüqlər" zondu Plutona ilk uçuşunu həyata keçirib və bununla da Günəş Sisteminin ilkin tədqiqatını tamamlayıb. 2016-cı ildə Fransanın Nitsa şəhərində Bastiliya Günü münasibətilə keçirilən mərasimdə terror hücumu baş verib. Yük maşınının kütlənin üstünə sürülməsi və açılan atəş nəticəsində 867 nəfər ölüb, 434 nəfər yaralanıb.
14 iyulda doğulanlar:
1806-cı ildə yazıçı və general-mayor İsmayıl bəy Qutqaşınlı, 1860-cı ildə rus şairi Vasili Veliçko, 1862-ci ildə avstriyalı rəssam Qustav Klimt, 1913-cü ildə ABŞ-nin 38-ci prezidenti Cerald Ford, 1916-cı ildə italyanlı yazıçı Natalia Ginzburq, 1917-ci ildə nigeriyalı rəssam və heykəltəraş Ben Envonvu, 1918-ci ildə isveçli kinorejissor İnqmar Berqman, 1928-ci ildə gürcüstanlı yazıçı Nodar Dumbadze, 1966-cı ildə amerikalı aktyor Metyu Foks, 1971-ci ildə ingilis futbol hakimi Hovard Uebb, 1973-cü ildə türkiyəli ağır atlet Xəlil Mutlu, 1976-cı ildə türkiyəli müğənni Zeynep Dizdar, 1988-ci ildə qarışıq döyüş növləri döyüşçüsü Konor Makqreqor və 1997-ci ildə türkiyəli futbolçu Cengiz Ündər dünyaya gəlib.
14 iyulda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman İxtiyar Qasımov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. 2020-ci ildə isə 2020-ci ildə Milli Qəhrəman, general-mayor Polad Həşimov və Milli Qəhrəman, polkovnik İlqar Mirzəyev Tovuz döyüşləri zamanı şəhid olub.
1997-ci ildə şair İsa İsmayılzadə, 1939-cu ildə çexiyalı rəssam Alfons Muxa, 2020-ci ildə türkiyəli yazıçı Ədalət Ağaoğlu və 2021-ci ildə Pakistanın 12-ci prezidenti Məmnun Hüseyn vəfat edib.
Pərviz

