Qanı hansı ərzaqlarla durultmaq olar?

SAĞLAMLIQ
23:55 / 08.07.2024
390

Sağlam adamların anidən ölməsi və buna səbəb kimi qanda tromb –laxtalanmanın əsas gətirilməsi çağımızın qorxunc xəstəliklərindəndir.

Tromb  qan dövranının qarşısını kəsərək, toxumaların qanla təchiz olunmasına  və həyati vacib orqanlara, yəni ürək və ağciyərlərə ölümcül təhlükə yaradır. 

Bəs tromblaşmanın qarşısını hansı ərzaqlarla almaq olar?

Axı biz nə yeyiriksə, oyuq deyib müdriklər.

Fitoterapevt Yasəmən Əliyeva Hit.az-a bildirib ki,  tromb vasitəsilə yaranan ölümlərin ( buna emboliya deyilir) qarşısını bəzi qida məhsulları ilə ala bilərik.

 “Məsələn Zəncəfil . Zəncəfildəki  gingerol omega-3  və omega-6 yağ turşuları ilə birlikdə, trombositlərin bir-birinə yapışmasına mane olan xüsusi fermentlər istehsal edir. Gingerol  əvvəldən mövcud olan xolesterini qandan uzaqlaşdırır  və yenidən meydana gəlməsinin qarşısını alır, qanı daha duru hala gətirir. Zəncəfil yemək damarlardakı “pis” xolesterin  səviyyəsini aşağı salır və qan axınını artıraraq, onun bütün orqanlara daxil olmasına kömək edir. O cümlədən, kayen bibəri, sarımsaq, soğan, darçın, pomidor, qanqal, qırmızı kələm, su,  sarıkök, nar, moruq, səməni kökü ən yaxşı qanduraldıcılardır. Gündəlik rasionda bol- bol istifadəsi məsləhət görülür”,- deyə o qeyd edib.

Murad
 

0