Uşaqlar saqqız çeynəməlidirmi?

SAĞLAMLIQ
19:39 / 17.07.2024
634

Hər bir insan bir dəfə də olsa saqqızı yəqin ki, udub.

Bu vərdiş, xüsusilə, uşaqlar arasında daha geniş vüsət alıb. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, udulan saqqız mədədə yemək və qida kimi asanlıqla həzm edilmir. Udulan saqqız qida borusu vasitəsilə top şəklində düşür:

 "Mədə turşusu da saqqızın sadəcə bir qismini əridə bilir. Parçalanmayan və əriməyən hissə isə bağırsaqlar vasitəsilə çölə ifraz olunur. Qeyd edək ki, udulan saqqız nəfəs borusuna keçərək, həmin nahiyəni tuta bilər. Saqqız ağızda uzun müddət qalmamalıdır . Nə qədər uzun müddət saqqız çeynənilsə, o qədərdə mədə şirə ifraz edir. Boş mədə şirə ifraz edərkən mədə xorası, yarası meydana gəlir".

Həkim onu da əlavə edib ki, azyaşlı uşaqlar şirin olduğu üçün saqqızı çox sevir. Azyaşlı uşaqlarda udma refleksi, özünüsaxlama refleksi yaxşı inkişaf etmədiyindən tez-tez saqqız bütöv şəkildə udulur. Udulan saqqız mədə divarında gec həzm olur. Bu da mədə-bağırsaq funksiyasının pozulmasına, qastritə səbəb olur.

Sevinc

0