Rotavirusla bağlı son vəziyyət necədir? - Yoluxmanın artacağı tarix AÇIQLANDI

SAĞLAMLIQ
11:00 / 13.09.2024
487

"Rotavirus daha çox uşaqlarda rast gəlindiyi üçün yoluxanlar uşaq infeksion xəstəxanalarına müraciət edirlər".

Bu sözləri infeksionist Mərdan Əliyev Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, hazırda rotavirusla bağlı xəstəxanalara müraciət edənlərin sayında azalma müşahidə olunur:

"Bir müddət bundan əvvəl rotavirusa yoluxma halları kəskin artdı. Buna baxmayaraq, son zamanlarda sözügedən virusa yoluxma halları azalıb". 

357974

Həkim qeyd edib ki, müəyyən dövrlərdə bu virusa yoluxma halları yüksək olur:

"Ümumiyyətlə, müəyyən dövrlərdə rotavirusa yoluxma hallarının kəskin artması müşahidə olunur. Həmçinin, bu, daha çox məktəb, bağça və uşaqların çox olduğu yerlərdə yayılır. İndi isə bağça və məktəblər bağlı olduğu üçün yoluxma hallarının atmaması normaldır". 

Mərdan Əliyevin sözlərinə görə, qarşıdakı aylarda rotavirusa yoluxma halları arta bilər:

"Payız-qış mövsümündə rotavirusa yoluxma halları arta bilər. Məktəblərin və bağçaların açılması ilə birlikdə yoluxma sayında artımın olması mümkündür. Həmçinin, mövsüm olaraq payız və qış fəsillərində kəskin respirator viruslar infeksiyalarında olduğu kimi bu xəstəliklərə yoluxma hallarında artım olur".

Pərviz

0