Hit.az “Şəfalı bitkilər” rubrikasında soğan suyu ilə saçları uzatma haqqında məlumat verir.
“Soğan saçların sürətli çıxmasına səbəb olur”.
Bu sözləri trixoloq Aytən Rəsulova Hit.az-a bildirib.
O qeyd edib ki, antibakterialdır və iltihablara qarşı gələn xüsusiyyəti var:
“Soğanda antibakterial hissəciklər olduğu üçün iltihablara qarşı gələ bilir. Eyni zamanda, soğanla hazırlanmış saç uzatma vasitəsindən istifadə edən şəxslərin baş diblərində gözlə görülməyən bakteriaları öldürür. Bu qarışım saç olmayan yerdə belə yeni saçlar çıxarır. Ucuz və sadə resepti var. Amma təbii üsulla saç uzatmaq istəyənlərə nəticə əladır.
Hazırlanması isə sadədir. Soğanı doğrayıb, bir qazana qoyun. Daha sonra, zəncəfili doğrayıb üzərinə tökün. Çünki zəncəfildə olan maddələr də saç uzanmasına kömək edir. Həmçinin, zəncəfil saçda olan kəpəyi və göbələyi məhv edir. Nazik saçların qalınlaşmasına səbəb olur.
Bunların üzərinə 200 ml zeytun yağı və 2 stəkan su əlavə edib qarışdırın. Daha sonra, 15 dəqiqə qaynadırsınız. Qaynadıqdan sonra süzüb, həftədə 3 dəfə təmiz saçlara gecə çəkin və səhərə qədər saxlayın”.
Murad