Həkim açıqladı: Tünd dərili insanlar da günəşdən qoruyucu istifadə etməlidir?

SAĞLAMLIQ
13:35 / 14.05.2026
49

Tünd dərili insanlara da günəşdən qoruyucu vasitələrdən istifadə etmək lazımdır, baxmayaraq ki, onların təbii müdafiə səviyyəsi daha yüksək olur. 

HİT.az xəbər verir ki, barədə “aif.ru”ya klinikaların “Atlas” şəbəkəsinin dermatoveneroloqu, kosmetoloq, tibb elmləri namizədi Yekaterina Çernış məlumat verib.

Mütəxəssis izah edib ki, tünd dərili insanlarda günəş yanığı və qızartı daha az müşahidə olunsa da, UV-A şüaları (dərinin qocalmasına, piqmentasiyaya və xərçəng riskinə səbəb olan şüalar) dərinin bütün tiplərinə eyni dərinlikdə təsir göstərir.

“Dərinin rəngi tünd olsa belə, bu şüalardan qorunma ehtiyacı dəyişmir”, deyə həkim bildirib.

Onun sözlərinə görə, əsas fərq yalnız qorunma səviyyəsindədir: açıq dərili insanlar daha yüksək SPF-li kremdən və daha tez-tez istifadədən yararlanmalıdırlar, tünd dərili insanlar isə daha az yanma riski yaşasa da, yenə də mütləq qoruyucu istifadə etməlidirlər.

Mütəxəssis həmçinin xatırladıb ki, günəşdən qoruyucu krem dəriyə qulluq vasitələrindən sonra tətbiq olunmalıdır.

Samir
 

0